“Əl-Qaidə” terror təşkilatı Malidə BMT-nin konvoyuna edilmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Qundam şəhəri yaxınlığında baş verən insident nəticəsində 6 sülhməramlı ölüb, daha 6-sı ağır yaralanıb.BMT Malidəki sülhməramlı missiyanı ən təhlükəli hesab edir. 2013-cü ildən etibarən bu ölkədə 30 BMT əməkdaşı ölüb.