Fətullah Gülən hərəkatı Türkiyənin maraqlarına terrorçu Kürdüstan Fəhlə Partiyasından (PKK) daha çox ziyan vurub. Çərşənbə axşamı Trend "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, Türkiyə ordusu ilə PKK yaraqlıları arasında silahlı toqquşmaların olmasına baxmayaraq, bu təşkilat Fətullah Gülən hərəkatının etdiyi kimi Türkiyəni ləkələmə kampaniyası aparmayıb.Ərdoğan bildirib ki, Türkiyə Gülən hərəkatı ilə mübarizəni davam etdirəcək.