Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarılıb

Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarılıb backend

Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən azad edilib.

"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə məlumatı MTX-nin direktor müavini Armen Abazyan təsdiqləyib.

Q.Tevosyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.