Qərbi Avropada yay fəslinin ilk anomal isti dalğası hiss olunub. Əsasən İspaniya, Portuqaliya, Fransa, Belçika, Böyük Britaniya, Niderland və İsveçrə kimi ölkələrdə günvurma riski daha da artıb.
İspaniyada hərarətin 44 dərəcəyə çatdığı bildirilir. Vəziyyətlə əlaqədar rəsmilər əhaliyə xəbərdarlıq edib və mümkün qədər günorta çağlarında evdən çölə çıxmamağı məsləhət görüb.Sakinlər isti havanı fürsət bilərək, çimərliklərə axın ediblər. Rekord temperatur Fransada da insanların həyatına təsir edib. Xüsusilə, paytaxt Parisdə havanın temperaturu 40 dərəcəyə çatıb.
Bu, 1947-ci ildən bəri Parisdə ilk belə yüksək göstəricidir. Sakinlər sərinləmək üçün hovuzlara, fəvvarələrə və çimərliklərə axışıblar.
Avropalı səhiyyə işçiləri bu il 2003-cü ildə istilərlə yaşanan fəlakətin təkrarlanmayacağına ümid edirlər. Həmin ildə Fransa və digər Avropa ölkələrində yüzlərlə insan günvurmadan dünyasını dəyişmişdi.