Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik

Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik backend

Türkiyənin yeni qaz yataqları kəşf etməsi Yunanıstanın xoşuna gəlməyib.

Yunanlar bizim qardaş ölkənin beynəlxalq qanunları pozduğunu iddia edir. Türkiyə isə qonşusunun böhtanına əhəmiyyət vermir.

Bizimyol.info xəbər verir ki, Yunanıstan mediası Türkiyənin “Oruç Rəis” savaş gəmisini Aralıq dənizindən qovulduğunu yazıb. Dövlət telekanalı olan ERT gəminin Meis adasının 13 kilometrinə qədər gəldiyini bildirib. Xəbərdə bir foto da verilib. Amma bunun həqiqəti əks etdirdiyi dəqiq bilinmir.

Ankara dərhal xəbəri təkzib edib. Qardaş ölkənin açıqlamasına görə, gerçəkdən də Meis adasının 13 kilometrliyində araşdırma işləri aparılıb. Yunanlar türklərin 3 kilometrliyində dayanıb. Onlar “Oruç Rəis”i yalnız izləməklə keçiniblər.

Yunanları narahat edən odur ki, Türkiyə gəmisi heç vaxt bu qədər şimala doğru irəliləməmişdi. “Oruç Rəis” bundan sonra Meis və Rodos adaları arasında seysmik araşdırma aparmağı planlaşdırır.