Bərə qəzası: 34 ölü, 70 itkin -YENİLƏNİB

Bərə qəzası: 34 ölü, 70 itkin -YENİLƏNİB backend

Filippində 173 sərnişinin olduğu bərə çevrilib. Filippində baş vermiş bərə qəzasında ən azı 34 nəfər ölüb və 70 nəfər itkin düşüb.

Bu barədə yerli televiziyanın bildirib ki, göyərtəsində 173 nəfərin olduğu bərə Leyte vilayətində yerləşən Ormok limanından Kamotes adalarındakı Pilar limanına yola düşüb. Bərə limandan ayrılandan bir neçə dəqiqə sonra batıb.

Sahildən təxminən 200 metr aralanan gəmi əyilib və sonra batıb. İlkin məlumatlara görə, gəmi kapitanı körpüdən aralanan kimi dönüş edib, bu zaman güclü dalğa göyərtəyə dolub.

Xilasedicilər 60 nəfəri sudan çıxara biliblər. Xilasedicilər hesab edir ki, faciənin əsas səbəbi havanın çox pis olmasıdır. Bərəni güclü dalğalar aşıra bilər.

Filippin arxipelaqının təşkil olunduğu 7 mindən çox ada arasında əsas nəqliyyat vasitəsi bərədir. Filippində belə dəniz qəzaları tez-tez olur. Bu qəzaların ən iri miqyaslısı 1987-ci il dekabr ayında baş verib. Onda sərnişin gəmisi ilə neft tankerinin toqquşması nəticəsində 4 min adam həlak olmuşdu.

Diaspora