Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz

Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz backend

Qayanada yaşayan yeganə azərbaycanlı ikili standartlara etiraz edib

Qaziler.az bildirir ki, Azərbaycandan uzaqda- Cənubi Amerik qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib. O, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!” “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları ilə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.
Diaspora