Türkiyənin ən böyük təbii qaz kəşfini həyata keçirən “Fatih” kəşfiyyat gəmisinə Türkiyə istehsallı uzaqdan idarə edilən sualtı robotu “Kaşif” dəstək verməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez rəsmi “Twitter” hesabında bildirib.Nazir paylaşımında “Dənizlərdəki yeni əlimiz və gözümüz” olaraq tanıtdığı “Kaşif” sualtı robotu üç min metr dərinə enən kamerası ilə kəşfiyyat işlərinə video dəstəyi verəcək.
Nazir robotun görüntülərini də paylaşıb.