Uorlik: “Səbirsizliklə gözləyirəm...“

Uorlik: “Səbirsizliklə gözləyirəm...“ backend

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tezliklə Azərbaycan və Ermənistana təyin olunmuş yeni ABŞ səfirləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləmək arzusunda olduğunu deyib.

APA-nın məlumatına görə, Ceyms Uorlik “Twitter” səhifəsində yeni səfirlərin gəlişini alqışlayıb: “Biz Ermənistana təyin olunmuş Rik Mills və Azərbaycana təyin olunmuş Bob Sekutanı salamlayırıq. Dağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində onlarla işləməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Bob Sekutanın Azərbaycana fevralın 12-də gələcəyi bildirilir.
Diaspora