Türkiyə Ukraynanı regionumuzda sabitlik, təhlükəsizlik, sülh və rifahın təmin olunmasında açar ölkə kimi görür.
Qaziler.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra birgə keçirdikləri brifinqdə deyib.“Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləməyə də davam edəcəyik. Türkiyə Krımın qanunsuz ilhaqını tanımayıb və tanımayacaq. Türkiyə ilə Ukrayna xalqları arasında tarixi bağların önəmli ünsürü olan Krım tatarları qardaşlarımıza Ukrayna rəsmiləri ilə birlikdə dəstəklərimiz davam edəcək”, - deyə Ərdoğan bildirib.


