Bu gün Türkiyə parlamentinə sədr seçkisinin 3 və 4-cü turları keçirilir. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hazırda son - 4-cü turun səs verməsi yekunlaşıb və səslərin sayılması prosesi gedir
Seçkinin 3-cü turunda AKP namizədi İsmət Yılmaz 259, CHP namizədi Dəniz Baykal 129, HDP namizədi Dengir Mir Mehmet Fırat 78, MHP namizədi Əkmələddin İhsanoğlu isə 80 səs alıb.Sonuncu iki namizədi 4-cü turda yarışmır. Ən çox səs toplayan iki namizəd 4-cü turda yarışır. Deputatların yüksək çoxluğunun səsini qazanan namizəd Türkiyə parlamentinin yeni sədri olacaq. Ehtimallara görə, seçkini AKP namizədi İsmət Yılmaz qazanacaq. Çünki sonuncu turda onun ən az 3-cü turda səs alacağı gözlənilir. Dəniz Baykal isə HDP-li deputatların da səsi ilə birlikdə cəmi 212 səs qazana bilər. MHP sədri Dövlət Baxçalı bildirib ki, onlar 4-cü turda bitərəf qalacaqlar və heç kimə səs verməyəcəklər. Bu halda isə AKP namizədi qalib gəlir.