QAZİLER.AZ BBS Azərbaycana istinadla bildirir ki, ehtimal olunan cihadçı döyüşçülərin Misirin Sina yarımadasına hücumu nəticəsində ən azı 10 əsgərin öldürüldüyü deyilir, təhlükəsizlik qüvvələri bildirib. Hücum edən şəxslər Şeyx Zuveyd şəhərindəki polis məntəqəsi yaxınlığında bombalı avtomobil partladıblar və beş nəzarət məntəqəsini hədəf alıblar.
Nəzarət məntəqələrinə 70-dən çox "terrorçu" hücumunun olduğu bildirilir.Hücum edən şəxslərdən 23 nəfərinin öldürüldüyü deyilir.
Bəzi məlumatlara görə ümumilikdə 30 əsgər həyatını itirib, lakin bu məlumat hələ təsdiqini tapmayıb.
Bir təsdiq olunmamış mənbədən bildirildiyinə görə, onlar bir nəfəri də girov götürüblər.
Hücum paytaxt Qahirədə Misirin dövlət ittihamçısının qətlindən iki gün sonra gəlib.
Sina yarmadasında yerləşən cihadçı qrup tərəfindən törədildiyi iddia edilən hücumlarda son iki il ərzində ən azı 600 polis işçisi və hərbçi qətlə yetirilib.