Qırğız Respublikasının Prezidenti istefa verib

Qırğız Respublikasının Prezidenti istefa verib backend

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.

APA-nın xəbərinə görə, bu barədə TASS Qırğız Respublikasının Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

S. Jeenbekov siyasətçiləri etirazçıları paytaxtı tərk etməyə və dincliyə çağırmağa səsləyib.

O bildirib ki, tarixdə qan tökən və vətəndaşlara atəş açan bir dövlət başçısı kimi qalmaq istəmir.