Rusiya prezidenti Vladimir Putin Norveç parlamentinə kiberhücumda ittiham olunur. Araşdırmalar hadisədə Rusiya işini ortaya çıxarıb.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Norveç parlamentinin elektron poçt sistemi avqustun 24-də hücuma məruz qalıb. Norveçin Xarici İşlər naziri İne Eriksen Sereyde bildirib ki, təhqiqat baş verən hücumun arxasında Rusiyanın dayandığını göstərib.2015-ci ildə Rusiya Almaniya kansleri Angela Merkelə qarşı da kiberhücumda ittiham olunurdu.
“Norveçdəki araşdırmalar göstərir ki, Kremlin başçısı Vladimir Putin növbəti dəfə Avropa demokratiyasına hücum edib”, - Almaniyanın “Bild” qəzeti yazır.
Nəşrin iddiasına görə, kiberhücumun məqsədi norveçli deputatların yazışmalarını ələ keçirmək olub: “Təhlillər göstərir ki, hakerlər şəxsi məlumatların böyük bir hissəsini ələ keçiriblər”.
Norveçli nazir bildirib ki, bu, çox ciddi hadisədir: “Bu hadisə Norveçin vacib demokratik institutuna zərbə vurub”.
Nazir bu haqda danışarkən Rusiyanın məsuliyyətə cəlb olunmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, artıq Rusiyanın Oslodakı səfiri də araşdırmanın nəticələri haqda məlumatlandırılıb.