Bu ölkədə siqaret həkim resepti ilə alınacaq

Bu ölkədə siqaret həkim resepti ilə alınacaq backend

Avstraliyada siqaret istifadəsini tamamilə ortadan qaldırmağa yönələn yeni plan çərçivəsində siqaret almaq üçün həkim resptinə ehtiyac olacaq.

Moderator.az xəbər verir ki, yerli hökumət ölkə miqyasında 15 faiz olan olan siqaret istifadəsi nisbətini 2025-ci ilə qədər 10 faizə salmağı nəzərdə tutur. Bu səbəblə Kvinslend Universiteti ilə Milli Səhiyyə və Tibbi Tədqiqat Şurası tərəfindən maliyyələşdirilən Araşdırma Mükəmməlliyi Mərkəzi siqaret isitfadəsinin ortadan qaldırılması üçün yeni bir plan hazırlayıb.

Mərkəzin "Tütün Oyununu Sonlandırmağı Bacarmaq" başlığı altında hazırladığı yol xəritəsi çərçivəsində siqaretin yaxın 5 il ərzində yalnız həkim resepti ilə apteklərdən alınması nəzərdə tutulur.