ABŞ Konqresi Ukraynaya letal (öldürücü) silahlar verilməsini nəzərdə tutan qanunverici sənədin qəbul olunmasına yaxındır.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hazırda bununla bağlı Respublikaçı və Demokrat partiyalarının fraksiyaları müvafiq məsləhətləşmələr aparır.Bundan əvvəl Pentaqon Ukraynaya letal silahlar verilməsi məsələsini nəzərdən keçirdiyini bildirmişdi. Prezident Obama, öz növbəsində, bu addımın mümkünlüyünü qeyd etsə də, hələlik yekun qərarın qəbul edilmədiyini bildirib.