Tixanovskaya Lukaşenkoya ultimatum və 13 gün vaxt verdi

Tixanovskaya Lukaşenkoya ultimatum və 13 gün vaxt verdi backend

Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya ultimatum verib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun Telegram kanalında məlumat verilib.

Tixanovskaya ölkədə dövlət terrorunun yaşandığını bildirib. Müxalifət dəfələrlə dialoqa hazır olduğunu bəyan edib, ancaq onlara görə, "dəmir barmaqlıqlar arxasındakı söhbətlər dialoq deyil". Lukaşenko öz gələcəyini məhv edir və bütün Belarus xalqını özü ilə sürükləməyə çalışır.

"Biz 25 oktyabrda Xalq Ultimatumu elan edirik. Rejimin üç məcburi tələbi yerinə yetirməsi üçün 13 gün vaxtı var”, - deyə Tixanovskaya elan edib və tələbləri sadalayıb: Lukaşenko istefasını elan etməli, küçələrdə güc tətbiqi, zorakılıq dayanmalı, bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.

Səlahiyyətli orqanlar onları yerinə yetirməsə, bütün ölkə "xalq ultimatumuyla dinc şəkildə küçələrə çıxacaq", - 26 oktyabrda bütün müəssisələrdə tətil başlayacaq, yollar bağlanacaq və dövlət mağazalarında satışlar dayanacaq.

Bundan bir qədər əvvəl Tixanovskaya özünü prezident adlandırmaqdan imtina edib. O, özünü siyasətçi saymadığını da bildirib. "Yəqin ki, özüm haqqında ən çox deyə biləcəyim şey budur - azadlığın simvolu", - keçmiş namizəd deyib.