Diktatorlar da ağlayır: Kim Çen In göz yaşları içərisində xalqdan üzr istədi

Diktatorlar da ağlayır: Kim Çen In göz yaşları içərisində xalqdan üzr istədi backend

Şimali Koreya lideri Kim Çen In hakim Fəhlə Partiyasının 75-ci ildönümündə çətinliklərə görə göz yaşları içərisində xalqdan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, yeni qitələrarası ballistik raket və digər hərbi texnikanın sərgiləndiyi hərbi paradda çıxış edən Kim Çen In çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.

“Xalqımız mənə güvəndi, ümidlərini göy yüksək, dənizlər qədər dərin ümidlərini mənə bağladı. Ancaq mən onlara adekvat cavab verə bilmədim. Buna görə çox üzüldüm”, - ölkə lideri bildirib.

O, Şimali Koreyanın keçmiş liderləri və - babası və atası haqda da danışıb:

“Bütün insanların etimadı sayəsində, böyük yoldaşlarımız Kim İr Sen və Kim Çen İrin məsuliyyəti mənə verildi. Ancaq səylərim və səmimiyyətim insanlarımızı həyatlarındakı çətinliklərdən qurtarmaq üçün yetərli deyildi”.

Kim Çen In çıxışının böyük bir hissəsini Şimali Koreya xalqının problemlərinə həsr edib – “böyük çətinliklər”, “saysız bəlalar” və “görünməmiş fəlakətlər” haqqında danışıb.

Qaziler.az bununla bağlı yayılmış videogörüntünü təqdim edir:

Diaspora