İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar bütün dəniz reysləri ləğv edilib. Bu barədə Trend Türkiyənin "Haber7" telekanalına istinadən xəbər verir.
Hazırda fevralın 10-na planlaşdırılan reyslər ləğv edilib. Onların digər günlərə keçirilməsi barədə məlumat verilmir.Həmçinin Türkiyənin bir sıra sahilyanı vilayətlərində də dəniz reyslərinin təxirə salındığı da bildirilir.