ABŞ İraqın şimalındakı kürd muxtariyyətinin ərazisində hərbi baza açacaq. Bu barədə "Hurriyet" qəzeti İraqın şimalındakı kürd muxtariyyətindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Hərbi bazadan Suriya və İraq ərazilərindəki “İslam Dövləti” terror qruplaşmasının yaraqlılarına qarşı mübarizə üçün istifadə olunacaq.ABŞ hərbi bazası muxtariyyətin paytaxtı Erbil şəhərinin ətrafında yerləşdiriləcək.