Türkiyədə sabiq hərbçilər “AS Parti” adlı yeni partiya yaradırlar. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.
Yeni partiyanın təsisçilərinin əksəriyyəti istefada olan çavuşlardır. Təsisçilər partiya sıralarına 200 mindən artıq hərbi qulluqçu cəlb eləmək niyyətindədirlər.Hazırda Türkiyədə 76 siyasi partiya var. Ölkə parlamentində onlardan yalnız dördü - Ədalət və İnkişaf Partiyası (AKP), Cumhuriyyət Xalq Partiyası (CHP), Millətçi Hərəkat partiyası (MHP) və kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) təmsil olunur.