İrəvanın mərkəzində keçirilən etiraz aksiyasının iştirakçıları yeni vətəndaş hərəkatının yaradılmasını bəyan ediblər.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın fəalı David Sanasaryan bildirib.“Hələ ki hərəkatın adı yoxdur. Əsas məzmun və mahiyyətdir. Hazırda ən əsas məsələ - vətəndaş hərəkatının düzgün qurulmasıdır”, deyə D.Sanasaryan bildirib.
Onun sözlərinə görə, artıq yeni yaradılmış hərəkatın müvafiq komitələri də mövcuddur. D.Sanasaryan “Talana yox” aksiyasının təşkilatçılarına minnətdarlığını bildirib: “Onlar gələcək mübarizənin bünövrəsini qoydular”.
D.Sanasaryan əlavə edib ki, yeni hərəkat digər tələblər də irəli sürə bilər.
Xatırladaq ki, İrəvanda və Ermənistanın digər şəhərlərində elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.