Bu gün “EBay” internet hərracında olduqca maraqlı elan yerləşdirilib. İKT.lent.az-ın “arbatcity.ru” saytına istinadən verdiyi məlumata görə, naməlum şəxslər Kubada yerləşən və tamamilə yararsız olduğundan atılmış hərbi raket bazasının satışa çıxarılması haqqında elan yerləşdiriblər.
Vaxtilə ABŞ-a məxsus hərbi raket bazası 1960-cı ildə inşa edilib. Onun əsas məqsədi isə ABŞ-ı keçmiş Sovetlər İttifaqından müdafiə etmək olub.Satışa çıxarılan obyektə əlavə olaraq idman meydançaları, bunkerlər, raket üçün şaxtalar da verilir. Raket bazasının ümumi sahəsi 4,6 hektar təşkil edir.
Qeyd edək ki, ilk əvvəl lotun dəyəri 500 min ABŞ dollar olub. Elanın satış qiyməti sonradan bir neçə dəfə artıb.