Kadırovdan Navalnıya qəribə təklif: “Səni zəhərləyənin adını çək”

Kadırovdan Navalnıya qəribə təklif: “Səni zəhərləyənin adını çək” backend

Çeçenistanın başçısı Ramzan Kadırov zəhərlənməsi ilə bağlı Navalnının dövlətin birinci şəxsinə qarşı ittihamlarına öz Telegram hesabında münasibət bildirib.

Kadırov hesab edir ki, Rusiyada müxalifətə çox dözümlü yanaşılır, yəni prezident başqa biri olsaydı, o zaman bütün "şərə-şür müxalifəti" ölkədən qovardı.

Qaynarinfo xəbər verir ki, Kadırov Navalnıya özünü təbliğ etməməyə və şəxsi eqoist məqsədlər güdməməyi məsləhət görüb.

"Kişi kimi etiraf elə ki, səni Rusiyada öldürmək istəsəydilər, heç bir həkim sənin həyatını xilas etmək üçün barmağını qaldırmaz, Almaniya təyyarəsinin Omsk hava limanına enməsinə icazə verilməzdi", - deyə Çeçenistan lideri vurğulayıb. Kadırov hesab edir ki, Navalnının "onun ölümünü istəyən” Omsk həkimlərini ittiham etməsi məntiqsizdir.

"Sən sadəcə, Rusiyanın dağılmasını istəyənlərin əlində növbəti oyuncaqsan", - Kadırov deyib. Çeçenistanın başçısı inanır ki, Navalnıdan istifadə edənlər gec-tez ondan imtina edəcəklər.

Bundan əlavə, Kadırov, Navalnının daha çox effekt əldə etmək üçün zəhərlənməsinin təşkilatçısı və sifarişçisinin adını çəkməyi təklif edib. Kadırova görə, bu, indiki kimi daha absurd yox, daha məntiqli olardı. "Bu haqda bir düşün, bax, sənə ideya verirəm", - Çeçenistan rəhbəri fikrini tamamlayıb.