Drezden Hərbi Tarix Muzeyinin mütəxəssisləri Yens Vener və Bernard Kast III Dünya müharibəsində ən yaxşı tankın Sovet T-72-si olduğunu düşünürlər.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər bu barədə Military History Not Visualized YouTube kanalında danışıb. Düzdür, bir şərtlə - əgər III Dünya müharibəsi soyuq müharibə dövründə başlardısa. T-72 ən yaxşı Qərb tankları ilə eyni xüsusiyyətlərə malik, lakin daha ucuzdur.Tank-72 nüvə partlayışından, kimyəvi və bakterioloji silahlardan qorunma təmin edir. Bu tankın Qərbin malik olmadığı yüksək sürətə sahib zirehli deşici mərmiləri var. Vener "O zamana qədər o, onsuz da fərqli materiallardan hazırlanmış müasir zirehə sahib idi və hətta o həmin zaman yaxşı manevr qabiliyyətinə malikdi, böyük bir mühərriki vardı və olduqca sürətli idi", - deyir.
Üçüncü Dünya müharibəsi başlasaydı, döyüş meydanında nüvə silahlarından istifadə ediləcəkdi. Tank-72 isə o silahın təsirindən yaxşı qoruma təmin edir. Bu tank həm də ona görə uğurludur ki, istehsalı ucuz başa gəlir və SSRİ-nin ətrafında olan dövlətləri bu silahı ala bilərdilər. SSRİ-nin özündə isə həftədə 800-ə qədər T-72 tankı düzəltmək mümkün idi. Mütəxəssislər qeyd edib ki, hazırda ən yaxşı Qərb tanklarından biri İsrailin "Merkava" tankıdır ki, heyətin sağ qalmasını ən yüksək dərəcədə təmin edə bilir.