Rusiya ilə Çinin sərhədində gizli yeraltı keçid tapılıb

Rusiya ilə Çinin sərhədində gizli yeraltı keçid tapılıb backend

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Sinxua” agentliyi yayıb. Məlumata görə, Çinin Rusiya ilə sərhədində, Primorsk diyarında tapılan yeraltı keçid yapon işğalçılarına qarşı müharibə zamanı Çin ilə SSRİ arasında kəşfiyyat məlumatlarının mübadiləsi üçün istifadə olunub.

Dunninsk qala muzeyində dəqiqləşdirilib ki, tunel 1930-cu illərdə Şimal-Şərq antiyapon birləşmiş ordusu tərəfindən inşa olunub.

Məxfi məlumatların ötürülməsi üçün istifadə olunan gizli tunel müharibənin sonuna qədər düşmən tərəfindən aşkar edilməyib.

Keçidin mövcudluğu haqda informasiya bir neçə il öncə muzey işçilərindən biri tərəfindən açıqlanıb.

Tunelin çəkilişində iştirak edən həmin şəxs Şimali Koreyaya səfəri zamanı bu haqda söhbət edib.
Diaspora