Ukrayna prezidenti Pyotr Poroşenkonun fikrin görə, onun ölkəsinin NATO-ya girməsi 6-7 il lazımdır. QAZİLER.AZ AzNews.az-a istinadən xəbər verir ki, Ukraynanın islahatlar keçirməsi üçün bu qədər zamana ehtiyacı var. Bundan sonra NATO-ya üzvlük haqda referendum keçirilə bilər.
“Biz ölkənin iqtisadi, sosial, idarəetmə sahələrində köklü islahatlar aparmaq üçün işləyirik. Bu uzun işdir, bizə ən azı 6-7 il lazımdır. Hazır olduqda Ukrayna xalqının NATO-ya daxil olub-olmamaq haqda fikrini bilmək üçün referendum keçirəcəyik” - deyə Poroşenko bildirib.