AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Milliyet” qəzeti yayıb. Məlumata görə, tank və digər hərbi texnikalar Suriya sərhədindəki Elbeyli rayonunda təyin olunan məntəqələrə yerləşdiriləcək.
Suriyanın Qamışlı şəhəri ilə Türkiyənin Mardin bölgəsinin Nusaybin rayonu arasında türk əsgərləri tərəfindən qazılan xəndək 500 metrə çatıb. Əsgərlər regionda təhlükəsizlik tədbirləri həyata keçirib.Sərhəd məntəqələrinə radar və tankların yerləşdiriləcəyi deyilir.