Ukraynada təyyarə qəzasından sağ çıxan yeganə adam necə sağ qalmasından danışdı

Ukraynada təyyarə qəzasından sağ çıxan yeganə adam necə sağ qalmasından danışdı backend

Ukraynanın Hərbi Hava Qüvvələrinin Xarkov Milli Universitetinin kursantı, “An-26” qəzasından xilas olan yeganə şəxs Vyaçeslav Zoloçevski necə xilas olmağı barədə danışıb.

Tsn.ua xəbər verir ki, o, kabinənin lap yaxınlığında oturduğunu deyib:

“Əvvəlcə yuvarlandım, sonra uçaraq başımı zədələdim”.

Onun sözlərinə görə, bundan sonra uzun müddət huşsuz qalıb.

“An-26” təyyarəsi 25 sentyabr axşamı qəzaya uğrayıb. Göyərtədə olan 27 nəfərdən 26 nəfəri- yeddi ekipaj üzvü və 19 kursant ölüb.

Oxu.az