Dünyada kibercinayətkarlıq artacaq

Dünyada kibercinayətkarlıq artacaq backend

2,5 milyard insan internet istifadəçisidir. Hazırda dünyada 2,5 milyard insan internet istifadəçisidir, daha yarım milyard istifadəçi yaxın dörd ildə onların sırasına qoşulacaq. QAZİLƏR saytının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, öz növbəsində kibercinayətkarlıq da artacaq və hazırda onun həyəcanlandırıcı tendensiyalarını müşahidə etmək mümkündür.

Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi adlı qurum fəaliyyət göstərir ki, bu qurumun vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir.

Avropa internet istifadəçilərinin 12 faizi sosial şəbəkə və ya elektron poçtlarının hesablarının sındırılmasını, 7 faizi internetdə kredit kartlarından və ya bank hesablarından pul vəsaitlərinin oğurlanmasının qurbanı olmasını bildirib.
Diaspora