Yaponiyada sürət qatarında dəhşət: sərnişin özünü yandırdı. Yaponiyada bir vətəndaş sürət qatarında, qatar hərəkətdə olarkən intihar edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, sərnişin özünü yandırıb.
İntihar hadisəsi qatarda olan digər sərnişinlərin gözləri qarşısında baş verib. Onlardan birinin qorxudan ürəyi dayanıb. Bir neçəsi isə ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.
Tokio-Osaka marşrutu üzrə saatda 320 kilometr sürətlə hərəkət edən qatarda təxminən 1000 sərnişin olub. Birinci vaqondakı sərnişinlərdən biri üzərinə yandırıcı maddə tökərək özünə od vurub. Bir anın içində vaqonu tüstü bürüyüb və digər sərnişinlər arasında təşviş yaşanıb. Vaqondakılardan bir nəfər "stop-kran"ı çəkməyə macal tapıb. Tokio-Naqoya şəhərləri arasındakı dəmiryolu xəttində hərəkət məhdudlaşdırılıb.