İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.
Trend-in məlumatına görə, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur: "Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtmasını, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq arzulayır və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm".