İranda tibbi maskadan istifadə etməyənlərə cəza tətbiq olunacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu, İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Qərargahının iclasında deyib.“Nəzarət azalıb, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, koronavirus artıq gənclərə də yoluxur. Xəstəxanaya yerləşdirilənlərin 14%-ni daha əvvəl koronavirusa yoluxanlar təşkil edir. Sanitariya-gigiyena qaydalarını və nəzarəti sərtləşdirməyə məcburuq. Bu həftə maska taxmayan vətəndaşlara sərt qaydalar tətbiq olunacaq”, - deyə İran Prezidenti qeyd edib.
H.Ruhani bildirib ki, vətəndaşların maskadan istifadə etməməsinə artıq göz yumulmayacaq: “Maska taxmayanlara heç bir dövlət xidməti göstərilməməlidir”.