Sakaşvili şəhər merini rüşvətə görə işdən qovdu

Sakaşvili şəhər merini rüşvətə görə işdən qovdu backend

Odessa vilayətinin Tatarbunar şəhər meri Viktor Şvets öz vəzifəsindən uzaqlaşdırılıb. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, belə bir qərarı Odessanın Primorsk Rayon Məhkəməsi qəbul edib. Bildirilir ki, merin bülletendə olması üzündən məhkəmə iclası iki dəfə təxirə salınıb.

Viktor Şvets rüşvət alarkən saxlanılmışdı. O, torpaq sahəsinin icarəyə verilməsi haqda qərara görə 16 min qriven aldığı zaman yaxalanıb. Bundan sonra 35 min qriven girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, Odessa vilayətinin meri Mixail Saakaşvili korrupsiyaya qarşı mübarizəni özünün əsas vəzifələrindən biri elan edib. O sırada o, Odessa Vilayət Prokurorluğunda özbaşınalığa, rüşvətxorluğa müharibə elan edib. “Mən sizə xalqı talamağa və alçaltmağa imkan verməyəcəyəm” , – deyə Sakaşvili prokurorlarla görüşdə xəbərdarlıq eləmişdi.
Diaspora