Rusiyanın dövlət sərhədlərinin 20-30 km-də NATO ölkələrinin aktivliyi müşahidə olunur.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.“ABŞ və NATO-nun hərbi aktivliyi Atlantik və ya Karib hövzəsində deyil, Rusiya sərhədlərinin 20-30 km-də baş verir”, - Gerasimov bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Rusiya sərhədləri yaxınlığında uçuşlar həyata keçirirlər.