“Uber” onlayn taksi xidməti özünün fəaliyyətinin ilk ildönümündə İstanbulda yeni layihəyə imza atıb. QAZİLER.AZ-ın “gazeta.ru” saytına istinadən xəbərinə görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat yerləşdirilib.
Məlumata görə, şirkət İstanbulda “UberBOAT” proqramını istifadəyə verib. Bu proqram vasitəsilə qayıq taksi sifariş etmək mümkün olacaq. Qayıq sifarişi xidməti şirkətin aparıcı “Navette” nəqliyyat şirkəti ilə əməkdaşlığı sahəsində mümkün olub.Bloqda qeyd olunur ki, qayığın orta tutumu 6-8 nəfərdir. Taksi sifarişini əlavə vasitəsilə yalnız ənənəvi olaraq sahil ətrafında olarkən etmək mümkündür. Qayıq taksi ilə gediş haqqı məsafən asılı olaraq 50-435 lirə və ya 20-170 manat təşkil edir.