İrana qarşı sanksiyaların götürülməsi hələ razılaşdırılmayıb

İrana qarşı sanksiyaların götürülməsi hələ razılaşdırılmayıb backend

“Altılıq” və İran Vyanada Tehranın nüvə proqramı ilə bağlı danışıqlar zamanı sanksiyaların götürülməsi məsələsində hələlik razılığa gəlməyiblər. QAZİLER.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bu barədə qərbin nümayəndə heyətindəki yüksək vəzifəli diplomatik mənbə bildirib.

“Bu məsələ hələlik razılaşdırılmayıb”, - deyə o bildirib.

Qeyd edək ki, “Altılıq” və İran Tehranın nüvə proqramına dair yekun sazişlə bağlı danışıqlar aparır. İkin razılaşmaya əsasən yekun sənədin iyunun 30-dək hazırlanması planlaşdırılır.

Bundan əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif sanksiyaların dərhal götürülməsini tələb edib.
Diaspora