BMT: Ukraynada məcburi köçkünlərin sayı 1 milyona yaxınlaşır

BMT: Ukraynada məcburi köçkünlərin sayı 1 milyona yaxınlaşır backend

Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 5 486 nəfər həlak olub, 12 972 nəfər xəsarət alıb.

QAZİLƏR saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

“Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, - deyə hesabatda bildirilir.

BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövrdən 978 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.
Diaspora