Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə başladı

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə başladı backend

Bu gün Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə başlayıb.

AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, andiçmə mərasimi İstiqlal Sarayında keçirilir. Mərasimə bir neçə yüz nəfər, o cümlədən məmurlar, parlamentin deputatları, mətbuat nümayəndələri, elm, mədəniyyət və idman xadimləri dəvət olunublar.

Aleksandr Lukaşenko əlini Konstitusiyanın üzərinə qoyaraq Belarus dilində and içib və andiçmə barədə sənədi imzalayıb. Bundan sonra respublika MSK-nın sədri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Belarusda seçkilər avqustun 9-da keçirilib, Lukaşenko 80,1 faiz səs yığaraq altıncı müddətə prezident seçilib.