Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ölkədəki etirazların zəifləməyəciyini, həftələrlə, aylarla və illərlə davam edə biləcəyini deyib.
Qaziler.az Oxu.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.“Prezident Aleksandr Lukaşenko ümid edir ki, etirazlar getdikcə zəifləyəcək. Ancaq biz nə qədər lazımdırsa, o qədər – həftələr, aylar və illərlə etiraz edəcəyik”, - deyə S.Tixanovskaya qeyd edib.