Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Ermənistan Prezidenti Armen Sərkisyanı müstəqillik günü münasibətilə təbrik edib.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Saudi Press Agency” agentliyi yayıb.Qeyd edək ki, Ermənistan və Səudiyyə Ərəbistanı arasında indiyə qədər diplomatik münasibətlər yoxdur. Buna səbəb Ər-Riyadın Azərbaycanın Qarabağ məsələsində mövqeyini dəstəkləməsidir.