ABŞ-da Texasdan Ayova ştatına uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, uçuş zamanı pilotların kabinəsində tüstülənmə baş verib.Göyərtəsində 67 sərnişin olduğu təyyarə Oklahoma ştatının Talsa hava limanında yerə enib.
Enişdən sonra sərnişinlər dərhal evakuasiya edilib. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.