Dünya smartfon bazarı çöküşdə

Dünya smartfon bazarı çöküşdə backend

Portativ avadanlıqların bir çox istehsalçıları itkilərlə üzləşməyə başlayıb. İKT.lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya statistik agentliyinin mütəxəssisləri məlumat verib.

Qeyd olunur ki, bu il itkilərlə üzləşən konsernlərin siyahısında “Sony”, HTC, “Blackberry” və “Gigabyte” şirkətlərinin adları var. “Gigabyte” şirkəti bu ilin beş ayında satış üzrə ən zəif nəticələr göstərib.

HTC konserni bu il ərzində çoxlu sayda müştəri itirib. HTC konserninin sonuncu modeli olan “One m9” olduqca zəif satış nümayiş etdirib.

Qeyd edək ki, bu il HTC konserninin istehsal etdiyi smartfonlara olan tələbat heç ötən ilin göstəricilərinin yarısı deyil. Şirkətin hazırda itkilərinin məbləği 300 milyon dollar təşkil edir.
Diaspora