ABŞ prezidenti Barak Obama İran rəhbərliyinə gizli məktub göndərib. AzVision.az xəbər verir ki, bu barədə İranın “Həmşəhri” nəşri İran parlamentinin idarə üzvü Mehridad Bazrpaşa istinadən xəbər verir.
Onun sözlərinə görə, məktubu İran rəhbərliyinə İslam Respublikası ilə qonşu olan ölkələrdən birinin nümayəndəliyi tərəfində verilib.Məktubda söhbət İranın nüvə proqramından gedir.
Qeyd edək ki, İran və `altılıq` ölkələri ilə arasında nüvə razılaşması ilə əlaqədar danışıqlar sabah davam etdiriləcək.