Putin buna cəhd etsə... – Bayden hədələdi

Putin buna cəhd etsə... – Bayden hədələdi backend

Rusiya ABŞ-dakı seçkiyə müdaxilə etsə, böyük dəyər ödəməli olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Cozef Bayden deyib.

“Putin səbəbini bildiyi üçün mənim prezident olmağımı istəmir. O bilir ki, mən ciddiyəm. Mən müharibəni nəzərdə tutmuram, amma onlar dəyər ödəməli olacaqlar. Bu dəyər iqtisadi olacaq”, – deyə o bildirib.