Hindistanın Mumbai şəhərində dəmiryolu stansiyasında insident baş verib. QAZİLER.AZ AzVision.az-a istinadla xəbər verir ki, sürət həddini tənzimləyə bilməyən sürücü vaxtında qatarı saxlaya bilməyib. Nəticədə vaqonlar relsdən çıxaraq platformaya aşıb.
Qəza nəticəsində göyə qalxan vaqonlardan sərnişinlər özünü atmağa başlayıb.İnsident nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Dəmir yolu idarəsinin yaydığı açıqlamada deyilir ki, həmin xətt üzrə hərəkət edən qatarların yolu 3 saatlıq təmirə bağlanıb. Lakin bununla bağlı dispetçerlər sürücülərə məlumat verməyib.