Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abduraxmanov dünyasını dəyişib. AzVision.az xəbər verir ki, 59 yaşlı spkerin ölümünə səbəb uzun sürən xəstəlik olub.
Qeyd edək ki, Dukuvaxa Abduraxmanov 2008-ci ildən Çeçenistan parlamentinin spikeri vəzifəsində işləyib. Bundan öncə isə o, respublikanın kənd təsərrüfatı naziri olub.