İndoneziyanın Cava adasında koronavirusdan qorunmaq üçün maska taxmayanları xüsusi üsulla cəzalandırırlar. Onlara virusdan ölənlərin qəbirlərini qazdırırlar.
Bizimyol.info xəbər verir ki, İndoneziyada karantin rejimini sərtləşdirmək qərarı veriblər. Paytaxt Cakartada qadağaların sayı artırılıb. Cava adasında da məsələyə ciddi yanaşmağa başlayıblar. Hamının küçədə maska taxmasını istəyirlər. Amma qaydaya əməl etməyənlər az deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları sentyabrın 14-də 8 belə adamı saxlayıb. Onlara virusdan ölənlərin qəbrini qazmaq cəzası verilib.Ada qəbiristanlığında məzar hazırlamaq üçün cəmi 3 nəfər işə götürülüb. İndi həmin adamların yükü azalıb. Çünki hər gün maska qaydasını pozanlar bura gətiriləcək. Administrasiya rəhbərliyi inanır ki, bununla insanları qaydalara hörmət göstərməyə sövq edə biləcəklər.