İspaniyanın peşəkar futbol liqası (LFP) FİFA-nı məhkəməyə verib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, səbəb kimi 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının noyabr-dekabr aylarına keçirilməsi göstərilir.
“Biz bunu milli yığma komandalara oyunçuları göndərən klubların maraqlarının müdafiəsi üçün etmişik. Dünya çempionatının payız-qış aylarına təsadüf etməsi futbol klublarına 65 milyon avro zərər yetirəcək”, deyə LFP-nin prezidenti Xavyer Tebas bildirib.
Onun sözlərinə görə, digər futbol liqaları LFP-yə dəstək versələr də, hansı bir sənədə imza atmaqdan çəkiniblər.