Pakistanda davam edən isti havalar 1400 nəfərin həyatına son qoyub. QAZİLER.AZ “Dawn” qəzeti xəbər verir ki, ölkədə son 3 gündə havanın hərarəti 50 dərəcəyə kimi yüksəlib.
Ən acınacaqlı vəziyyət ölkənin Sind vilayətində müşahidə olunur.Təkcə ötən gün Karaçidə günvurma diaqnozu ilə 500 nəfər xəstəxanaya yerləşdirilib. İstilər ümumilikdə isə 6 min nəfərə ziyan vurub.
İsti havanın Ramazan ayına təsadüf etməsi və insanların çoxunun oruclu olması da itkilərin sayına təsir edib. İstidən ölənlərin çoxu az gəlirli və çörək pulu qazanmaq üçün gün altında işləməyə məcbur olan insanlardır.